Çörək Börəyi

Ərzaqlar:
Hazırlanması:
- Normal çörək istifadə edirsinizsə üz hissələrini çıxarın və çox incə olmayacaq şəkildə dilimləyin.
- Tost çörəyi istifadə edirsinizsə kənarlarını kəsin.
- Çörəklərin yarısını istiliyə davamlı şüşə qaba düzün.
- Üzərinə bir az əridilmiş marqarin töküb yağsız pendir dilimlərini qoyun.
- Pendirin üzərini yenə çörək dilimləriylə bağlayıb bir az daha yağ gəzdirin.
- 3 yumurtanı südlə çırpıb çörəklərin üzərinə tökün.
- 24 saat soyuducunda gözlədin.
- Əvvəldən isitdiyiniz sobada üzəri qızarana qədər bişirin.
- Sobadan çıxar çıxmaz isti olaraq süfrəyə verin.
- Qeyd: İstifadə etiyiniz çörəyin kənarlarını atmayın. Sobada qızartdıqdan sonra çörək qırıntılarını galeta unu olaraq istifadə edə bilərsiniz.
Şərhlər