Ərzaqlar:
2 yumurta
1 çay stəkanı qatıq
1 çay stəkanı günəbaxan yağı
250 qr kərə yağı (otaq temperaturun da yumşaldılmış)
2 yemək qaşığı sirkə
1 ç.q. duz
1 paket qabartma tozu
Aldığı qədər un
Ağ pendir
Yarım dəstə doğranmış cəfəri və ya şüyüd
Susam
Çörəkotu
Hazırlanması:
Sobanı 200 dərəcəyə nizamlayın. Ağ pendiri sürtkəcdən keçirdib doğranmış cəfəri və ya şüyüd ilə qarışdırın. Bir yumurtanın sarısını ayırın. 1 yumurta və yumurta ağını bir qaba alın. Qatıq, günəbaxan yağı, yumşadılmış kərə yağı, sirkə, duz, qabartma tozu əlavə edib qarışdırın. Unu yavaş-yavaş əlavə edərək yumşaq bir xəmir olana qədər yoğurun. Yarım mandarin böyüklüyündə hissələr qoparıb ovucunuzun içində açın. Pendirli qarışımdan ortasına qoyaraq ikiyə qatlayın. Barmaq uclarınızla kənarlarına basdırıb yağlı kağız döşənmiş padnosa düzün. Üzərlərinə yumurta sarısı sürtüb çörək otu və susam səpin. Əvvəldən isidilmiş sobada təxminən 30 dəqiqə bişirin. İsti və ya ilıq süfrəyə verin. Pendirli poğaça artıq hazır, nuş olsun.
Şərhlər